Rusiyalı sahibkar 5 milyon avro müqabilində azadlığa buraxıldı
Bizi izləyin

Dünya

Rusiyalı sahibkar 5 milyon avro müqabilində azadlığa buraxıldı

Fransanın Nitsa şəhərində həbs olunan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Nitsa şəhər prokurorluğu məlumat yayıb. Prokuror Jan-Mişel Pretr K.Süleymanın 5 milyon avro məbləğində girov müqabilində azadlığa buraxıldığını təsdiqləyib.

S.Kərimova qəti şəkildə Fransanı tərk etmək qadağan olunub.

Xatırladaq ki, "Nafta-Moskva" şirkətinin sahibi olan 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm