Yaşayış binasında güclü YANĞIN: Bir ailə diri-diri yandı
Bizi izləyin

Dünya

Yaşayış binasında güclü YANĞIN: Bir ailə diri-diri yandı

Yaşayış binasında baş verən güclü yanğın nəticəsində 9 nəfər ölüb.

Publika.az xəbər verir ki, hadisə Tayvanda qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 4-cü mərtbəsində başlayan yanğın qısa zamanda yuxarı mərtəbələrə də yayılıb.

Güclü külək səbəbindən yanğının qarşısını almaq çətinləşib.

Hadisə nəticəsində aralarında 2 azyaşlının olduğu 4 nəfərlik ailə diri-diri yanıb. Ümumilikdə yanğında 9 nəfər ölüb, 3 nəfər isə ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürənlər yalnız 2 saatdan sonra yanğını söndürməyə müvəffəq olublar.

İlkin ehtimallara görə, yanğın qəsdən törədilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm