Moskvada yüzlərlə miqrant polisə aparılıb
Bizi izləyin

Dünya

Moskvada yüzlərlə miqrant polisə aparılıb

Ərazi bölmələrinə 382 əcnəbi vətəndaş gətirilib ki, onlardan 85 nəfəri miqrasiya qanunvericiliyini pozduqlarına görə inzibati məsuliyyətə cəlb ediliblər

Moskvada miqrantların qeydiyyatını yoxlayan polis işçiləri ilin əvvəlindən polis bölmələrinə təxminən 400-ə yaxın miqrant aparıblar. Trend-in məlumatına görə, bu barədə ölkə mətbuatı Rusiya DİN-in paytaxt idarəsinə istinadən xəbər verib.

Məlumatda deyilir: "Ərazi bölmələrinə 382 əcnəbi vətəndaş gətirilib ki, onlardan 85 nəfəri miqrasiya qanunvericiliyini pozduqlarına görə inzibati məsuliyyətə cəlb ediliblər".

Həmin şəxslər Moskvada altı minə yaxın mənzildə aparılan yoxlamalardan sonra tutulublar. Eləcə də mənzillərdən 400-ü əsas icarəçidən icarəyə götürülüb. Əcnəbilərin saxta uçota dayanmaları ilə bağlı bir neçə cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm