Əfqanıstanda güclü partlayış - 6 nəfər öldü
Bizi izləyin

Dünya

Əfqanıstanda güclü partlayış - 6 nəfər öldü

Əfqanıstanda güclü partlayış törədilib.

Publika.az xəbər verir ki, ölkənin şərq istiqamətində yerləşən Cəlilabad əyalətində kamikadze yerli polis əməkdaşlarından birinin yaşadığı binanın yaxınlığında özünü partladıb.

Üzərindəki partlayıcı sistemi işə salan kişi 6 nəfərin ölümünə səbəb olub.

Cəlilabad əyalətinin qubernatoru Nanqarxar Ataulla Xoqiyani baş verən hadisəni təsdiqləyib:

"Partlayış nəticəsində daha 8 nəfər ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib"

Partlayışın kim tərəfindən və hansı məqsədlə törədildiyi araşdırılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm