Rusiya bombardmançıları Suriyaya aviazərbələr endirdi
Bizi izləyin

Dünya

Rusiya bombardmançıları Suriyaya aviazərbələr endirdi

Bombardmançılar iki min kilometrdən çox məsafə qət ediblər.

Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus Tu-22M3 uzaq bombardmançılarından ibarət aviasiya qrupu Suriyanın Deyr-ez-Zor əyalətində İŞİD terror qruplaşmasının obyektlərinə zərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Strateji bombardmançılar Rusiyadakı aerodromdan uçaraq iki min kilometrdən çox məsafə qət ediblər. Aviazərbələr nəticəsində İŞİD-in dayaq məntəqələri, canlı qüvvəsi və terrorçuların zirehli texnikası məhv edilib.

“Müşahidə vasitələri ilə müəyyən edilən bütün hədəflər məhv edilib”, - idarədən bildiriblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm