“Bu, faktiki olaraq işğaldır” – ABŞ-a SƏRT REAKSİYA
Bizi izləyin

Dünya

“Bu, faktiki olaraq işğaldır” – ABŞ-a SƏRT REAKSİYA

"Bu, beynəlxalq hüququ nöqteyi-nəzərindən qanunsuzdur".

Terrorçuların məhvindən sonra qoşunların Suriya ərazisindən çıxarılmaması barədə Vaşinqtonun niyyəti ABŞ hərbçilərinin bu ölkədə olmasının həqiqi hədəfləri haqqında böyük suallar yaradır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“ABŞ-ın müdafiə naziri (Ceyms Mettis –red.) noyabrın 13-də açıq şəkildə dedi ki, Amerika hərbçiləri siyasi nizama salınma prosesinin irəliləyişinə qədər Suriyadan getməyəcəklər”, - Zaxarova deyib.

Onun sözlərinə görə, Suriyada ABŞ qoşunlarının olması beynəlxalq hüququ nöqteyi-nəzərindən qanunsuzdur.

“ABŞ-ın Suriyada hərbi mövcudluğu beynəlxalq hüququ nöqteyi-nəzərindən qanunsuzdur. Onlar bura Dəməşqin icazəsi və ya dəvəti olmadan gəliblər. Onlar Suriyanın qanuni hökumətinin iradəsinin əksinə hərəkət edirlər. Faktiki olaraq özünü işğal anlayışına yaxın aparırlar”, - rusiyalı diplomat vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm