Ukraynaya işləyən 10 casus tutuldu
Bizi izləyin

Dünya

Ukraynaya işləyən 10 casus tutuldu

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası”nın (“DXR”) döyüşçüləri Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 10-dan çox insanı tutub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “DXR”in “Milli Təhlükəsizlik Nazirliyi” bildirib.

Əməliyyat “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimin “xüsusi xidmət orqanları” ilə birgə keçirilib.

Daha əvvəl “DXR”in “Milli Təhlükəsizlik Nazirliyi” Ukraynanın hərbi kəşfiyyatının xüsusi təyinatlı dəstəsinin nəzarəti altında hərəkət edən diversantların məhv edildiyini açıqlayıb. Məlumata görə, onlar “respublikalar”ın ərazisində diversiya və terror aktları həyata keçirməyi planlaşdırırdılar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm