Çavuşoğludan İŞİD açıqlaması: “Heç kim Türkiyə qədər...”
Bizi izləyin

Dünya

Çavuşoğludan İŞİD açıqlaması: “Heç kim Türkiyə qədər...”

3 min terrorçu Türkiyədə həbsxanadadır.

Türkiyə Yaxın Şərqdə döyüş əməliyyatlarının gedişatında İŞİD terror qruplaşmasının 4 mindən çox terrorçusunu məhv edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Romada keçirilən Türkiyə-İtaliya iqtisadi forumda jurnalistlərə bildirib.

“Heç kim Türkiyənin məhv etdiyi qədər İŞİD terrorçusunu məhv etməyib. Türkiyə Suriya və İraqda 4 mindən çox İŞİD döyüşçünü məhv edilib. Bundan başqa, xaricdə döyüş əməliyyatlarında iştirak etmiş 5 min döyüşçü ölkədən çıxarılıb, 3 min terrorçu həbsxanadadır”, - Çavuşoğlu qeyd edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm