Netanyahudan Tehrana SİQNAL: “İsrail buna dözməyəcək”
Bizi izləyin

Dünya

Netanyahudan Tehrana SİQNAL: “İsrail buna dözməyəcək”

"Hər şeyi heçə çevirməyə imkan verməyəcəyik”.

“İsrail öz sərhədlərində, həmçinin Suriyada İranın hərbi mövcudluğuna dözməyəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin birinci baş naziri David-Ben Qorionun xatirəsi ilə bağlı keçirilən mərasimdə deyib.

Netanyahu bildirib ki, İranın Suriyada möhkəmlənmək cəhdləri qəbuledilməzdir.

“Biz dəfələrlə bildirmişik ki, İranın əlində nüvə silahlarının olması münasib deyil. Biz sərhədlərimizin yaxınlığında İranın hərbi mövcudluğuna imkan verməyəcəyik. Nəsillərin əməkləri sayəsində biz heçdən hər şey yaratmışıq və hər şeyi heçə çevirməyə də imkan verməyəcəyik”, - İsrail hökumətin başçısı söyləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm