Kiyevdə konsert zalı təxliyyə edildi – BOMBA HƏYƏCANI
Bizi izləyin

Dünya

Kiyevdə konsert zalı təxliyyə edildi – BOMBA HƏYƏCANI

Binada Britaniyanın “Hurts” qrupunun konserti başlanmalı idi.

Kiyevdə konsert zalı binada bomba qoyulması haqqında naməlum zəngdən sonra təxliyyə olunub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, binada yerli vaxtla saat 20:00-da Britaniyanın “Hurts” qrupunun konserti başlanmalı idi.

“Binanın minalanması haqqında xəbərlərdən sonra təxminən 600-700 insan təxliyyə edilib. Lakin konsertə gələnlərin bir hissəsi binanı tərk etməkdən imtina edirlər”, - hadisə yerində olan jurnalistlərdən biri bildirib.

Polis və binanın mühafizəsi hadisəni şərh etməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm