İran ABŞ sahillərinə hərbi donanma göndərəcək
Bizi izləyin

Dünya

İran ABŞ sahillərinə hərbi donanma göndərəcək

İran yaxın gələcəkdə Meksika körfəzi və ABŞ-ın sahillərinə öz hərbi gəmilərini göndərməyi planlaşdırır.

Publika.az xaricimediaya istinadən xəbər verir ki, bu haqda İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə bildirib.

Öz təyinatından sonra (noyabrın 6-da – red.) birinci mətbuat konfransında çıxış edən admiral söz verib ki, İranın Hərbi-Dəniz Qüvvələri ölkə bayrağının Meksika körfəzində dalğalanması üçün hər şey edəcək. O həmçinin bildirib ki, İran hərbi gəmiləri Cənubi Amerika ölkələrinin sahillərinə doğru hərəkət edəcək.

Qeyd edək ki, Fars körfəzi Bəhreyndə yerləşən ABŞ Hərbi-Dəniz Qüvvələrinin 5-ci donanmasının operativ məsuliyyəti sferasına daxildir. Qətərdə isə təxminən 10 min Amerika əsgəri və zabiti xidmət edir. Fars körfəzində İran və ABŞ gəmiləri arasında tez-tez qarşıdurmalar baş verir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm