Ərdoğan Əsədlə görüşə bilər
Bizi izləyin

Dünya

Ərdoğan Əsədlə görüşə bilər

Türkiyə Suriya böhranının həlli üçün Bəşər Əsədlə görüşə razılıq verə bilər.

Publika.az xəbər verir ki, bu versiya ilə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı Həsən Oqtay çıxış edib. Prezidentlərin Soçi görüçünü şərh edən H.Oqtay bildirib ki, Ankara PYD terror təşkilatının Suriya böhranının həllində iştirak etməsinə heç çür razılaşmayacaq.

"Soçi görüşündən sonra Ərdoğan Bəşər Əsədin Suriyanın gələcəyində yeri olduğunu qəbul etdi. PYD məsələsində isə ABŞ və Rusiya razılığa gəlsə belə Türkiyə bunu qəbul etməyəcək və Suriyada terrorçuluğa qarşı əməliyyatları davam etdirəcək. Suriya məsələsindəki fikir ayrılığı Türkiyə-Rusiya münasibətlərinə təsir göstərməyəcək", deyə H.Oqtay qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm