Hollandiyadan terror təşkilatlarına DƏSTƏK
Bizi izləyin

Dünya

Hollandiyadan terror təşkilatlarına DƏSTƏK

Hollandiya parlamenti terror təşkilatlarının bayraq və simvollarının qadağan edilməsinə dair təklifi rədd edib.

Publika.az xəbər verir ki, təklif türklərin qurduğu “DENK” partiyasının lideri Tunahan Kuzu tərəfindən irəli sürülüb.

Parlament isə PKK və İŞİD də daxil olmaqla, bütün terror təşkilatlarının simvollarını qadağan edən bu təklifi rədd edib.

Partiya bu təkliflə yanaşı, Hollandiyanın Fələstini tanımasını da irəli sürüb. Lakin məclis bu tələbi də rədd edib.

Qeyd edək ki, Hollandiya, xüsusilə FETÖ və PKK terror təşkilatına verdiyi dəstəklə diqqət çəkir. Daha öncə dövlət televziyası “NOS” iki FETÖ üzvünü ekrana çıxarmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm