QƏRAR verildi: Suriyanın gələcəyi gələn həftə həll olunacaq
Bizi izləyin

Dünya

QƏRAR verildi: Suriyanın gələcəyi gələn həftə həll olunacaq

Türkiyə, Rusiya və İranın Soçi görüşündən sonra Səudiyyə Ərəbistanında toplanan Suriya müxalifəti Cenevrə konfransına qatılmaq qərarını verib.

Publika.az
xəbər verir ki, Cenevrədə Suriya hökuməti ilə müxalifəti razılaşmaq üçün masada oturacaq.

Müxaliflər gələn həftə BMT tərəfindən təşkil olunan Cenevrə toplantısına ortaq heyətlə qatılacaqlar.

Suriya Müxalif və İnqilabi Güclərinin Milli Koalisiyasının (SMDK) üzvü Besme Kadmani bildirib ki, Cenevrəyə heç bir ilkin şərt irəli sürmədən gedirlər: “Lakin siyasi həll yoluna keçid üçün təhlükəsiz vəziyyətin yaradılması fikrimizdə qalırıq. Bunun da rejim (Bəşər Əsəd) olduğu müddətdə həyata keçməsi mümkün deyil”.

Kadmani Cenevrəyə gedəcək heyətdə SMDK, Milli Kordinasiya Qurumu, hərbi qruplar, Moskva və Qahirə qruplarının yer alacağını bildirib.

Cenevrəyə gedəcək heyətdə təmsil olunacaq 50 nəfərin adı bu gün açıqlanacaq. Zirvədə ən mühüm məsələ Əsədin hakimiyyətdən gedib-getməməsi olacaq. Müxaliflər içindəki Moskva qrupu Əsədin qalmasını, digər qruplar isə getməsini istəyir. Rusiyanın dəstəyinə söykənən Bəşər Əsəd isə prezident postunu tərk etməyinin müzakirə mövzusu olmadığını açıqlayıb.

Gələn həftə keçiriləcək görüş Suriyanın bundan sonrakı taleyi üçün əhəmiyyətlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm