Kəşfiyyatın Türkiyə ilə bağlı MƏXFİ PLANI ORTAYA ÇIXDI – İKİ HƏDƏF
Bizi izləyin

Dünya

Kəşfiyyatın Türkiyə ilə bağlı MƏXFİ PLANI ORTAYA ÇIXDI – İKİ HƏDƏF

Bolqarıstan kəşfiyyatının arxivlərini hissə-hissə ictimaiyyətə açıqlayan Məxfi Sənədlər Komissiyası Türkiyəyə qarşı əməliyyatın sirlərini də açıb.

Publika.az
xəbər verir ki, bolqar kəşfiyyatı Türkiyənin bir neçə gün öncə vəfat edən ağır atletika üzrə əfsanəsi Naim Süleymanoğlunu izləyirmiş.

Məxfi Sənədlər Komissiyasının rəsmisi Yekaterina Bonçeva “Nova TV”-yə açıqlamasında Bolqarıstan Kəşfiyyat İdarəsinin Naim Süleymanoğlu üçün hazırladığı xüsusi sənədə “Buqələmun” adını verdiyini bildirib.

1987-ci ilə hazırlanan sənəd 1990-cı ildə Bolqarıstanda rejimin devrilməsinə qədər qüvvədə qalıb.

N.Süleymanoğlu Türkiyəyə qaçandan sonra da 1986-1990-cı illər ərzində bolqar kəşfiyyatı onu izləyib. Ağır atletin Türkiyədə etdikləri qeyd olunaraq kəşfiyyat orqanına göndərilirmiş.

N.Süleymanoğlu ilə bağlı iki hədəf olub: birincisi, onun yenidən Bolqarıstana qaytarılması və bu ölkəni təmsil etməsi; ikincisi, ağır atlet geri qayıtmaq istəməsə, onun Türkiyə üçün yarışmasının qarşısını almaq. İkinci hədəfdə ağır atletin idman üçün yararsız vəziyyətə salınması var idi.

Lakin bolqar kəşfiyyatı buna nail ola bilməyib. N.Süleymanoğlu isə dünyada Türkiyəni təmsil edərək, ən böyük rekordlara imza atdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm