Feysbuk rusları ifşa edir
Bizi izləyin

Dünya

Feysbuk rusları ifşa edir

Feysbuk ABŞ seçkiləri ərəfəsində səhifələrin xarici qruplar tərəfindən idarə edilməsini araşdırır.

Publika.az xəbər verir ki, bu məqsədlə sosial şəbəkə istifadəçilərinə izlədikləri səhifənin mənbəyini açıqlayacaq.

Belə ki, Feysbukun araşdırmasına görə, son iki ildə Rusiya mərkəzindən idarə edilən agentliklər tərəfindən yüksələnən məlumatlar 126 milyon amerikalıya çatıb.

Rusiyadan idarə edilən səhifələrin hamısı sonradan feysbukdan silinsə də, sosial şəbəkə istifadəçilərinə izlədikləri səhifənin mənbəyi barədə məlumat almağa imkan verəcək. Yeniliyin dekabr ayında istifadəyə verilməsi gözlənilir.

İddialara görə ABŞ vətəndaşları tərəfindən yaradıldığı kimi görünən bəzi səhifələr (“Heart of Texas' (Texasın qəlbi), “Being Patriotic” (Vətənpərvər olmaq), “Secured Borders” (Təhlükəsiz sərhədlər) Rusiyadan idarə edilib. Şirkət son iki ildə minlərlə paylaşımın məhz mərkəzi Rusiyada yerləşən idarələrdən maliyyələşdirildiyini müəyyən edib.

Seçkilər vaxtı isə feysbuk yalan xəbər yayılmasına icazə verməkdə ittiham edilmişdi. Lakin Rusiya tərəfi ABŞ-da seçkilərə müdaxilə ilə bağlı iddiaları qəbul etmir.

Feysbukun paylaşdığı məlumatda bildirilir ki, əcnəbilərin 2016-cı ilə ABŞ seçkilərindən əvvəl və sonra feysbukdan istifadə edərək ayrı-seçkilik və inamsızlıq toxumları səpməsini hər kəs anlamalıdır. Buna görə də məlumat əldə etdikcə, sizinlə bölüşürük. Bu səbəblə də dekabrda yeni tətbiqi həyata keçirəcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm