Aİ bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Aİ bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir - (YENİLƏNDİ)

"Şərq Tərəfdaşlığı" proqramının Belçikanın paytaxtı Brüsseldə keçirilən V Sammitinin yekununda qəbul olunan bəyannamədə həll olunmamış münaqişlərə geniş yer ayrılıb.

Sənəddə proqramın iştirakçısı olan regionlar və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması hallarının davam etdiyini bildirilib.

Bəyannamədə "Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq sülh yolu ilə həll edilməsi naminə səylərini artırmağa çağırılırlar.

Bəyannamədə bildirilib ki, Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir və bunun qorunmasına görə öhdəlik daşıyır.

Sənəddə iştirakçıların Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə gedən danışıqların gedişatını yüksək qiymətləndirdikləri bildirilib.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm