Rusların pilotsuz təyyarəsi vuruldu
Bizi izləyin

Dünya

Rusların pilotsuz təyyarəsi vuruldu

Rusların pilotsuz təyyarəsi vuruldu

Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurub.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, pilotsuz təyyarə Ukrayna hərbçilərinin olduğu blokpostlardan birinin üzərində uçurdu.

Antiterror əməliyyat qrupunun mətbuat katibi Aleksey Dmitraşkovski pilotsuz təyyarədə müşahidə aparmaq üçün istifadə olunan aparatlardan başqa naməlum mayenin də aşkar edildiyini deyib.

Xatırladaq ki, dünən Ukraynanın Donetsk vilayətində separatçılar Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurmuşdu.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm