Dünya
Yaxın Şərqdə tarazlığı dəyişdirəcək addım: Tramp TƏLİMAT VERDİ
“ABŞ prezidenti Donald Tramp təlimat verdi. YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) artıq silah verilməyəcək”.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bu haqda Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon söhbətindən sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət, ikitərəfli münasibətlər, həmçinin PYD-nin statusu ilə bağlı müzakirə aparılıb.
Əlavə edək ki, PYD-ni terror təşkilatı hesab edən Ankara onun ABŞ tərəfindən silahlandırılmasına qəti şəkildə qarşı çıxır. Bu, ABŞ-Türkiyə xəttində soyuqluq yaradan əsas məsələlərdən biri hesab olunur.
Ömər
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub