Moskvaya qaçan “dövlət başçısı” istefa verdi
Bizi izləyin

Dünya

Moskvaya qaçan “dövlət başçısı” istefa verdi

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası”nın (“LXR”) başçısı İqor Plotnitski istefa verib.

Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda separatçı rejimin “dövlət təhlükəsizliyi naziri” Leonid Paseçnik bildirib.

“Bu gün İqor Plotnitski sağlamlıq vəziyyətinə görə istefa verdi”, - o deyib.

Xatırladaq ki, noyabrın 21-də Luqanskda inzibati binalar fərqlənmə nişanları olmayan naməlum silahlılar qrupu tərəfindən tutulub. Daha sonra silahlıların bir gün əvvəl İqor Plotnitski tərəfindən vəzifəsindən çıxarılan “Daxili İşlər Nazirliyinin başçısı” İqor Kornetin əmri ilə hərəkət etdiyi məlum olub.

İqor Plotnitskinin özü isə Rusiyaya qaçıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm