"Eyfel"in işıqları söndürüləcək - Misirdəki terrora görə
Bizi izləyin

Dünya

"Eyfel"in işıqları söndürüləcək - Misirdəki terrora görə

Parisdə Eyfel qülləsinin işıqları Misirdə baş vermiş terror aktının qurbanlarının xatirəsinə gecə saatlarında söndürüləcək.

Publika.az milli.az-a istinadla xəbər verir ki, bunu Fransa paytaxtının meri elan edib.

Qeyd edək ki, bu gün terrorçuların Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məscidə cümə namazı vaxtı hücumu nəticəsində 235 nəfər ölüb. Həlak olanların və yaralananların əksəriyyəti cümə namazına gəlmiş hərbçilərlə polislərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm