“Terror vadisi”ndə ermənilərə verilən MİSSİYA – Türkiyəyə qarşı planın ŞOK DETALLARI - - VİDEO
Bizi izləyin

Dünya

“Terror vadisi”ndə ermənilərə verilən MİSSİYA – Türkiyəyə qarşı planın ŞOK DETALLARI - - VİDEO

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edən ABŞ lideri Donald Tramp PYD-nin (PKK terror təşkilatının Suriya qanadı –red.) bundan sonra silahlandırılmayacağına dair zəmanət verdi. Lakin, Ərdoğanın özünün də dediyi kimi, Vaşinqton daha əvvəl PYD ilə bağlı verdiyi vədləri yerinə yetirməyib.

“ABŞ ikitərəfli razılaşmaları daim pozur. Münbicdə və Rakkada birlikdə işləməyi təklif etdik. Onlar söz verdilər ki, bu şəhərlərdə PYD-nin heç bir üzvü qalmayacaq, bizdən narahat olmamağımızı istədilər. Amma verdikləri sözü yerinə yetirmədilər. ABŞ-da rəhbərlik dəyişdi, amma hər şey əvvəlki kimi qaldı”, - Ərdoğan bir neçə gün əvvəl türkiyəli jurnalistlərə deyib.

Suriyanın ərazi bütövlüyünü qorumaq üçün Türkiyə, Rusiya və İranın sərgilədiyi bütün səylərə baxmayaraq, PYD-nin əli ilə işğal etdiyi ərazilərdə bazalar quran Pentaqonun coğrafiyanı parçalamaq planınlarından imtina edəcəyi inandırıcı görünmür.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Suriyanın şimalında 13 bazada 7 min əsgər yerləşdirən ABŞ terror təşkilatına hər cür dəstək verir.

Rimeylan və Tabka bölgəsində yerləşən əsas bazalarla yanaşı, Haseke-Hələb xəttində qurulan düşərgələrdə PYD-nin işgalındakı 38 min kvadrat kilometrlik ərazidə fəaliyyət göstərən 15-dən çox terror qrupuna silah və lojistik dəstək verilir.

Türkiyə, Rusiya və İranın Suriyada bərpa etmək istədiyi sülhə mane olmaq istəyən ABŞ Səudiyyə Ərəbistanının üzərindən müxalif qrupları silahlı qarşıdurmaları yenidən başlamağa təhrik edir. Bölgəni yaxından izləyən siyasi və hərbi mütəxəssislər ABŞ-ın bu cəhdinin əks reaksiya doğuracağını və prosesin ABŞ-a qarşı birbaşa müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.

“Yeni Şəfəq”in yazdığına görə, “terror vadisi”ni idarə edən Pentaqon və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) başda PKK/PYD olmaqlala, DHKP-C (“İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi”), TİKKO (erməni terror təşkilatı kimi tanınır), MLKP (Marksist-Leninçi Kommunist Partiyası) TKP/ML (Türkiyə Kommunist Partiyası/Marksist Leninist Harəkatı), İnqilabçı Qərargah və TİKB (Türkiyə Qiyamçı Kommunist Birliyi) kimi bir çox qeyri-qanuni təşkilata himayəçiliyi üzərinə götürüb. Terrorçular ABŞ-ın qurduğu düşərgələrdə demək olar ki, bir “qatil”ə çevrilirlər.

Qərb bölgəsində aktiv dəstəklənən bir çox təşkilat on minlərlə terrorçuya ev sahibliyi etməsi baxımından Livanda 1980-ci illərdəki “Beka Vadisi”nə bənzədilən Suriya bölgəsində düşərgə qurub.

Qərb ölkələrində aktiv dəstəklənən bir çox təşkilat düşərgə qurmuş vəziyyətdə. “Ku Kluks Klan” təşkilatından (24 dekabr 1865-ci ildə ABŞ-da qurulan zənci əleyhdarı irqçi gizli təşkilatdır. Məqsədlərinə çatmaq üçün şiddət və terrora müraciət edib. Təşkilat iki dəfə dağılmasına baxmayaraq 1950 və 1960-cı illərdə təkrar canlanıb) PEGİDA-ya (anti-islam təşkilatı), İRA-dan (İrlandiya Respublika Ordusu) nasistlərə qədər bir çox təşkilatların döyüşçüləri var.

“Sayı 5 minə çatan xarici terrorçular PKK bölgəsində fəaliyyət göstərən “Beynəlxalq Tabur”da təlim alır. Silah verdiyi terrorçuları Türkiyəyə hücum üçün istiqamətləndirən ABŞ, bir tərəfdən də Rakkada xilas etdiyi İŞİD terrorçularını eyni məqsədlər üçün istifadə edir. Coğrafiyada xaos yaratmaq üçün hazırlanan terrorçular Suriyadakı sülh üçün ən böyük təhdiddir”, - Türkiyə nəşri yazıb.

Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən 10 terror təşkilatı hələ ötən ilin əvvəlində Türkiyəyə birləşməklə bağlı qərar qəbul edib. Bununla bağlı İraqın şimal-qərbində toplantı keçirilib. PKK terror təşkilatının rəhbər şəxslərindən olan Duran Kalkan toplantıdan sonra açıqlayıb ki, bundan sonra Türkiyəyə qarşı birgə hərəkət edəcəklər.

Bunlar MLKP, TKP/ML, İnqilabçı Kommunist Partiyası (DKP), Maoist Kommunist Partiyası (MKP), Türkiyə Kommunist Əmək Partiyası - Leninist (TKEP-L), TİKB, Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsi / Marksist Leninist Silahlı Təbliğat Birliyi(THKP-C/MLSPB) və “İnqilabçı Qərargah” təşkilatlarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm