“Feysbuk” və “Quql”a qarşı YENİ TƏLƏB
Bizi izləyin

Dünya

“Feysbuk” və “Quql”a qarşı YENİ TƏLƏB

Avstriya “Feysbuk” və “Quql” şirkətlərindən vergi alacaq.

Publika.az xəbər verir ki, bununla bağlı ölkənin xarici işlər və inteqrasiya naziri Sebastyan Kurz açıqlama verib.

O, hökümətə elektron sistemlərlə bağlı yeni vergi sistemi tətbiq edilməsi ilə bağlı müraciət etdiklərini deyib.

Nazir elektronlaşmanın təhsil, iqtisadiyyat, elektron-dövlətlə bağlı bir sıra imkanlar yaradacağını bildirib.

S.Kruz bildirib kİ. bu şirkətlər Avropa Birliyi ölkələrindən ciddi gəlir əldə edir və qazanclarına görə də vergi ödəməlidirlər.

Nazir bildirib ki, hazırlayacaqları vergi sistemi barədə Avropa Birliyinə də məlumat verəcəklər. O, bu prosesin bütün Avropa Birliyi ölkələrində tətbiq edilməsinə çalışacaqlarını deyib: “Kim bizdə gəlir əldə edirsə, o, gəlir vergisini ödəməlidir. Əks təqdirdə, bu ticarətdə ədalətsizlik olar”-deyə nazir bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm