Qətliam kimi qəza: 21 ölü, 30 yaralı-VİDEO
Bizi izləyin

Dünya

Qətliam kimi qəza: 21 ölü, 30 yaralı-VİDEO

Avtobus qəzasında 21 nəfər həlak olub

Türkiyənin Kayseri şəhərində baş vermiş qəzada 21 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Gecə saatlarında baş verən qəza zamanı sərnişin avtobusu dərəyə yuvarlanıb. Qətliam kimi qəzadan sağ qurtulanlar danışır:

Yaralı Selcan Aydın: “Yatırdıq, qucağımda uşağım var idi. Amma indi bilmirəm haradadır. Oyananda avtomobilin altındaydıq, qar var idi, qarı əlimlə qazaraq çıxdım”.

Həyat yoldaşı Asim Aydın: “Qəzadan sonra avtobusun içində uşaqlarımı axtardım. İkisini də heç cür tapa bilmədim. Ətrafımda ölülər var idi. Avtobusun qabaq şüşəsi partlamışdı, mən oradan çıxdım”.

Müalicəsi davam edən 29 yaşlı Selcan Aydın jurnalistlərə verdiyi açıqlamada, ailəsiylə birlikdə İstanbuldan Muşa getdiklərini deyib.

Yaralı qadının həyat yoldaşı Asim Aydın (30) isə qəza zamanı yatdığını, gözünü açanda avtobusun aşdığını deyib. O həmçinin avtobusun sürətli olduğunu iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm