Gülənə qarşı 11 maddəlik cinayət işi – Şok təfərrüatlar
Bizi izləyin

Dünya

Gülənə qarşı 11 maddəlik cinayət işi – Şok təfərrüatlar

Ankara Respublika Prokurorluğu tərəfindən Fətullah Gülən haqqında başladılan istintaq işi genişləndirilir.

Publika.az xəbər verir ki, İstintaqı Prokurorluğun Konstitutsional Nizama qarşı Cinayətlər Şöbəsi icra edir. Prokurorluq Gülənə qarşı olan məhkəmə proseslərini yenidən araşdırır. Prokurorluq Güləni “Türkiyə Cümhuriyyəti Hökumətini məhv etmək məqsədi ilə təşkilat yaratmaq, idarə etmək və çevrilişə cəhd etmək” iddiaları ilə istintaq işi yürüdür.

"Hürriyət"in əldə etdiyi məlumatlara görə, prokurorluğun Güləni ittiham etdiyi cinayətlərdən bəziləri bunlardır:

Hökuməti devirib yerinə şəriət qanunlarının işlədiyi bir İslam diktaturası qurmaq.

Bu məqsədinə çatmaq üçün beynini yuduğu gənclərdən istifadə etməyi planlaşdırdı. Ölkə daxilindəki və xaricindəki təhsil müəssisələrini bu məqsəd üçün vasitə olaraq istifadə etdi.

Bəzi siyasi partiya, bəzi şəxs və bəzi dövlət məmurları tərəfindən qəbul edildiyi üçün onlardan sui-istifadə etdi.

Dini siyasi fiqur olaraq onu gündəmdə saxlayan şübhəli maliyyə dəstəyinə sahibdir.

Alyansında olan vəqf, məktəb, universitet və hazırlıq kurslarından istifadə edərək təhsilli gənclərdən ibarət bir təbəqə yaratdı. Və həmin gəncləri dövlətin bütün nazirliklərinəxüsusən də Təhsil nazirliyi və Daxili İşlər Nazirliyinə sızdırdı.

Seçilmiş tələbələrə qarşı beyin yumaq üsulundan istifadə etdi. Təhsil sahəsində dövlətdən də irəli imkanlara sahib oldu.

Türkiyə Silahlı Qüvvələrinə sızmaq siyasətini davam etdirdi.

Loyal və modern imici ilə siyasi partiyalara nüfuz etdi.

Bölgə imamı, şəhər imamı, məhəlllə imamı, ev imamı kimi qeyri-leqal quruluşla bütün ölkəni hörümçək toru kimi cənginə aldı.

Bütün dövlət orqanlarında, yerli idarəçiliklərdə, vətəndaş cəmiyyətində təşkilatlandı.

Dövlət idarəçiliyini ələ keçirmək üçün bütün orqanlara tərəfdarlarının gətirilməsini təmin etməklə təşkilatlandı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm