Moskva Ukraynada hakimiyyət dəyişikliyini istisna etmir
Bizi izləyin

Dünya

Moskva Ukraynada hakimiyyət dəyişikliyini istisna etmir

Amma Ukraynada siyasi risklər artarsa və hakimiyyət dəyişikliyi təhlükəsi yaranarsa, biz vəziyyəti yenidən təhlil edəcəyik

“Rusiya xəbərdarlıq edir ki, Ukraynanın kredit alması prezident Viktor Yanukoviçin müxalifətə hansı güzəştlər gedəcəyindən asıldır”.

Publika.Az –ın verdiyi bu sözlər Rusiyanın “Vedomosti” qəzetinin “Ukraynaya kreditin verilməsi şərtləri dəyişəkmi?” başlıqlı yazısında yer alıb.Rusiya nəşri bildirir ki, Ukrayna prezidenti ilə müxalifət liderlərinin dünənki görüşündən sonra yeni situasiya yaranıb. “Hələ ki, kreditlərin verilməsinin dayandırmasından söhbət getmir. Amma Ukraynada siyasi risklər artarsa və hakimiyyət dəyişikliyi təhlükəsi yaranarsa, biz vəziyyəti yenidən təhlil edəcəyik”,- Kreml rəsmilərindən biri qəzetə açıqlamasında bildirib.

Eyni zamanda Ukrayna Regionlar Partiyasının rəhbərliyinə yaxın şəxsin sözlərinə görə, kreditin verilməsi ilə bağlı qərarın yenidən gözdən keçirilməsi haqqında Rusiyadan hər hansı bir siqnal yoxdur. O, hazırkı vəziyyətdə belə bir siqnalın Ukraynaya veriləcəyini istisna edir.“Vedomosti”nin məlumatına görə, Ukrayna güc strukturlarının rəhbərliyinə yaxın şəxs Daxili İşlər Nazirliyinin tamamilə ölkə rəhbərliyinə nəzarəti altında olduğunu deyib. “Daxili İşlər Nazirliyindəki əməkdaşların əhval-ruhiyyəsi danışmağa əsas vermir ki, onların əhəmiyyətli hissəsi nümayişçilərin tərəfinə keçə və ya rəhbərliyin əmrlərini yerinə yetirməkdən imtina edə bilərlər”, - o, söyləyib.

Qeyd edək ki, Viktor Yanukoviç və Vladimir Putin Ukrayna-Rusiya dövlətlərarası komissiyanın iclasında təbii qazın qiymətinin 268,5 dollara qədər azaldılması və 15 milyard dollar kreditin verilməsi barədə razılıq əldə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm