Saakaşvili Ukrayna prezidentidir – Ali Radada ELAN OLUNDU
Bizi izləyin

Dünya

Saakaşvili Ukrayna prezidentidir – Ali Radada ELAN OLUNDU

Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna prezidenti adlandırıb.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Timoşenko bu haqda Ali Radada çıxış zamanı bildirib.

“Vəkillərin iştirakı olmadan evə zorla daxil olaraq Ukrayna prezidentini evin damına çıxmağa məcbur etdilər. Gürcüstan, bağışlayın...”, - Tmoşenko səhvini düzəldib.

Ancaq o dərhal əlavə edib ki, Ukrayna lideri Pyotr Poroşenkonu evin damına çıxmağa məcbur etsəydilər, daha yaxşı olardı.

Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları Saakaşvilinin mənzilinə daxil olaraq axtarışlar aparıb. Odessa vilayətinin keçmiş qubernatoru yaşadığı binanın damına çıxaraq özünü aşağı atmaqla hədələyib. Saakaşvilinin intihar cəhdinin qarşısı alınıb və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, Gürcüstanın sabiq prezidenti cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində şübhəli bilinir.

Siyasətçinin vəkili isə “Ukraynskaya Pravda” internet nəşrinə deyib ki, Saakaşvili dövlət çevrilişinə kömək etməkdə şübhəli sayılır.

Lakin sonradan Mixail Saakaşvilinin tərəfdarları onu aparan mikroavtobusun qapısını və pəncərələrini sındıraraq liderlərini azad ediblər. Saakaşvili öz tərəfdarlarını küçələrə çıxmağa və prezident Pyotr Poroşenko ilə onun ətrafına qarşı çıxış etməyə çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm