Saakaşvilini dəstəkləyən deputatlar Ali Radadan qovulur
Bizi izləyin

Dünya

Saakaşvilini dəstəkləyən deputatlar Ali Radadan qovulur

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada hakimiyyət dəyişikliyinə yönəldilmiş aksiyasını dəstəkləyən Ali Rada üzvləri deputat mandatından imtina etməyə məcburdur.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın baş prokuroru Yuri Lusenko Ali Radanın iclasında çıxışında deyib.

“Onlardan hər biri müəyyən etməlidir ki, bu aksiyada nə edirdi? Bunu şüurlu şəkildə, ya da bilmədən ediblər? Deputatlar özlərinin siyasi qərarını qəbul etməlidir. Əgər bunu şüurlu şəkildə ediblərsə, mandatlarından imtina etməlidirlər. Çünki insanlar onları Ukraynanın müstəqilliyini pozmaq üçün seçməyiblər”, - Lusenko bildirib.

Lusenko deputatları bunu könüllü şəkildə etməyə çağırıb, əks halda bunun edilməsi üçün lazımı addımların atılacağını deyib.

Baş prokuror daha əvvəl bildirib ki, “Pyotr Poroşenkonun Bloku” fraksiyasından olan 8 deputat hüquq-mühafizə orqanlarına Saakaşvilini saxlamağa mane olurdular.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm