• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Qüds məsələsi dünyanı parçalayır: Bəzi Avropa ölkələri ABŞ-a qarşı

  • Dünya
  • 6 Dekabr 2017 16:38
  • 773 Baxış
Qüds məsələsi dünyanı parçalayır: Bəzi Avropa ölkələri ABŞ-a qarşı

“Ehtimal ki, bir çox Avropa dövləti də qərara qarşı çıxacaq. Çünki onlar da Fələstini 1947-ci il sərhədləri daxilində tanıyırlar”.

Bu sözləri Publika.az-a siyasi şərhçi Fərhad Mehdiyev ABŞ-ın Qüds şəhərinin statusu ilə bağlı qəbul etdiyi qərarları şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ-ın kəskin addımlarına baxmayaraq, beynəlxalq ictiamiyyət bu qərarı tanımayacaq:

“Şimali İraqda Kürdistanın təşkil etdiyi müstəqillik referendumu zamanı İsrail onu dəstəkləmişdi. Ancaq dünya dövlətləri buna qarşı çıxdığı üçün həmin referendumun heç bir nəticəsi olmadı. Donald Trampın Qüdsün paytaxt olması ilə bağlı qərarı da həmin referendum kimi beynəlxalq hüquqa ziddir.

BMT-nin ümumi assambleyasının da, Təhlükəsizlik Şurasının da bu məsələ ilə bağlı çox sayda qətnamələri mövcuddur. Qətnamələrə görə, Fələstin dövləti 1947-ci ildəki sərhədləri daxilində tanınır. Ancaq Qüds şəhərinin İsrailin paytaxtı olması barədə heç bir qeyd yoxdur. Qüds əslində bölünmüş şəhər hesab edilir. Çünki orada xristianlıq, islam və iudaizmin nümayəndələri yaşayır. Beləliklə, Qüdsü paytaxt etmək birbaşa olaraq beynəlxalq hüquqları tapdayır. Ola bilsin ki, Amerika bu məsələni başqa cür qəbul edir. Lakin digər dövlətlərin Qüdsü paytaxt kimi tanımamağa tam haqqı var.

Məsələn, müsəlman ölkələri Türkiyənin başçılığı ilə toplaşa və Amerikanın qərarlarına qarşı tədbir görə bilər. Burada görüləcək tədbirlər arasında İslam Konfransı Təşkilatı nəzdində müzakirələr aparmaq və qərarı tanımamaq kimi imkanlar var.

Ümumilikdə Amerikaya iqtisadi və siyasi baxımdan təsir göstərmək çox çətin məsələdir. ABŞ iqtisadiyyatını elə bir mərhələyə çatdırıb ki, artıq neftdən belə asılılığı yoxdur. Əslində dünyanın Amerikaya təsir göstərmək üçün güclü mexanizmi var: dollarları qaytar, Amerika çöksün. Ancaq daha bir məsələ var. Qaytarılan dollarların qarşılığında nələr əldə olunacaq? Buna görə də bu mexanizm işləmir.

Amerikanın Qüds qərarının mötəbər olması və digər dövlətlərin tanıması üçün beynəlxalq taktika yaranmalıdır. Bu taktika da yaranmayacaq. Çünki Avropa dövlətlərinin Amerika qədər beynəlxalq aləmdə sözü keçir. Ola bilsin ki. İngiltərə ABŞ-ın yanında dayanacaq və onu dəstəkləyəcək. Çünki hər iki dövlətin xarici siyasəti bir-birilə uyğun gəlir. Ancaq mən Fransa, İtaliya, Almaniya kimi dövlətlərin ABŞ-ı dəstəkləyəcəyinə inanmıram”.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>