Qərb Rusiyaya qarşı “B planı”na keçdi
Bizi izləyin

Dünya

Qərb Rusiyaya qarşı “B planı”na keçdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyanı 2018 Qış Olimpiyadalarına buraxmamaq barədə qərarına reaksiya verib.

Publika.az xəbər verir ki, sözçü Rusiyaya qarşı çoxistiqamətli bir aqresiya yeridildiyini və Qərbin ölkəsinə qarşı “B planı”na keçdiyini deyib:

“Görünüşə görə, ikinci plana keçdilər. Rusiyanı təcrid etmək cəhdləri uğursuz oldu. İstəkləri, gücləri, imkanları var. Ancaq bu imkanları fəlakətlərin qarşısını almaq, terror və yoxsulluqla mübarizədə istifada etmək yerinə, hücuma sərf edirlər. Bu hücumun da hədəfi Rusiyadır”.

Qeyd edək ki, dünən BOK Rusiya idmançılarını dopinqdən istifadə etməsinə görə 2018 Qış Olimpiya oyunlarından kənarlaşdırdığnı açıqlamışdı. Olimpiadalarda iştirak edən rusiyalı idmançılar isə Rusiya bayrağı ilə deyil, Olimpiya Komitəsinin bayrağı ilə çıxış edə biləcək. Həmçinin, idmançılar birinci yer əldə edərsə, Olimpiyada marşı səsləndiriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm