ABŞ Konqresi Trampın impiçmentinə dair qətnaməni rədd etdi
Bizi izləyin

Dünya

ABŞ Konqresi Trampın impiçmentinə dair qətnaməni rədd etdi

ABŞ Konqresi səs çoxluğu ilə prezident Donald Trampın impiçmentinə dair qətnaməni rədd edib.

Publika.az xəbər verir ki, sənəd Demokrat partiyasının təmsilçisi El Qrin tərəfindən təqdim edilib.

Onun fikrincə, Trampın hakimiyyətə gəlməsi ölkədə nifrət və irqçiliyin güclənməsinə səbəb olub.

Qətnamənin lehinə 58, əleyhinə isə 364 səs verilib.

Qeyd edək ki, qətnamə baxılması üçün Konqresə noyabrın 16-da təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm