• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Avropa Komissiyası bu ölkələri məhkəməyə verir - Qaçqın qəbulundan imtinaya görə

  • Dünya
  • 7 Dekabr 2017 09:56
  • 101 Baxış
Avropa Komissiyası bu ölkələri məhkəməyə verir - Qaçqın qəbulundan imtinaya görə

Avropa Komissiyası Macarıstan, Polşa və Çexiyanı Avropa Məhkəməsinə verməyə hazırlaşır.

Publika.az xəbər verir ki, buna səbəb həmin ölkələrin Avropa İttifaqı kvotası üzrə qaçqınların İtaliya və Yunanıstandan köçürülməsinə dair 2015-ci ildə qəbul edilən qərarı yerinə yetirməməsidir.

Məlumata görə, Avropa Komissiyası tərəfindən bu barədə qərarın dekabrın 7-də qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, kvotalar coğrafi mövqeyinə görə silahlı münaqişələrin baş verdiyi Suriya və digər ölkələrdən gələn miqrantların əksər hissəsini qəbul edən İtaliya və Yunanıstanın vəziyyətini yüngülləşdirməli idi. Avropa İttifaqı kvotası üzrə adıçəkilən bu 3 ölkə, ümumiyyətlə, qaçqın qəbul etməyib və bundan imtina ediblər.

Xatırladaq ki, Avropa Məhkəməsi Avropa İttifaqının qanunlarına riayət etməyən üzv ölkələrə qarşı cərimə tətbiq etmək hüququna da malikdir.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>