Səudiyyə Ərəbistanı: Tramp məsuliyyətsizlik edir
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı: Tramp məsuliyyətsizlik edir

Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı rəsmi qərarını və Amerikanın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı əmrini kəskin təndiq edib.

Publika.az xəbər verir ki, “Al Arabiya” telekanalının yaydığı məlumata əsasən, Ər-Riyad bu addımın fələstinlilərə qarşı qərəzli olaraq atıldığını bildirib: "Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması fələstinlilərə qarşı qərəzli addımdır. Rəsmi Vaşinqtona bu qərarını yenidən götür-qoy etməsini tövsiyə edirik. Çünki bu qərar olduqca əsassız və anlaşılmzdır".

Ər-Riyad ABŞ prezidenti Donald Trampı qərarından dolayı məsuliyyətsiz adlandırıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm