Ermənistanda hərbçilər qəzaya düşdülər - FOTOLAR
Bizi izləyin

Dünya

Ermənistanda hərbçilər qəzaya düşdülər - FOTOLAR

Ermənistanda hərbçilər yol-nəqliyyat qəzasına düşüblər.

Publika.az erməni KİV-inə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Vanadzor-Dilican avtomobil yolunda, Şaumyanın kəndinin yaxınlığında “Ford” markalı avtomobili yoldan çıxaraq elektrik dirəyinə dəyib, daha sonra kənd evlərindən birinin həyətinə düşüb.

Qəza nəticəsində hərbi qulluqçular - sürücü və avtomobilin sərnişini yaralanıb. Sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyəti ilə ağır qiymətləndirilir.

Xəsarət alan sürücü Vanadzor hərbi komissarlığında isləyir, yaralı sərnişin isə hərbi hissələrdən birində şöbə rəisidir. Onlar Vanadzor hərbi hospitalına təxliyyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm