İsrailin Azərbaycandakı səfirindən Qüdsün paytaxt kimi tanıması ilə bağlı etirazlara CAVAB
Bizi izləyin

Dünya

İsrailin Azərbaycandakı səfirindən Qüdsün paytaxt kimi tanıması ilə bağlı etirazlara CAVAB

“Yerusəlim 3000 il ərzində yəhudilərin paytaxtı olub və 70 ilə yaxındır İsrailin paytaxtıdır”.

Bunu İsrailin Azərbaycandakı səfirliyinin sözçüsü Avital Rosenberg ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıması ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

Diplomat bildirib ki, İsrail müqəddəs yerlərdə status-kvoya sadiqdir və yəhudi, xristian, eləcə də müsəlmanların dini azadlığını təmin etməyə davam edəcək: "İsrail Fələstin də daxil olmaqla, bütün qonşuları arasında sülhün bərqərar olmasına sadiqdir”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını elan edib. O, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. Bu qərar dünyada, o cümlədən ABŞ-ın müttəfiqləri arasında etiraza səbəb olub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm