Ukraynada içində generalın olduğu vertolyot vuruldu
Bizi izləyin

Dünya

Ukraynada içində generalın olduğu vertolyot vuruldu

Ukraynada içində generalın olduğu vertolyot vuruldu

Ukrayna ordusuna məxsus hərbi vertolyot ölkənin şərqindəki Slavyansk şəhəri yaxınlığında separatçılar tərəfindən vurulub.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinov bildirib.

Bu, separatçılar tərəfindən vurulan üçüncü “Mİ-8” vertolyotudur. Ali Rada sədri general Kulçitski da daxil olmaqla, 14 Ukrayna hərbçisinin həlak olduğunu ifadə edib.

Xatırladaq ki, dünən Ukrayna ordusuna məxsus bir pilotsuz təyyarə də separatçılar tərəfindən vurulub.

Ukrayna Müdafiə Nazirliyi yaydığı bəyanatda bildirib ki, Ukraynanın Silahlı Qüvvələrinə qarşı istifadə olunan silahlar ölkənin şərqində heç də “dinc etirazlar”dan xəbər vermir. “Bütün bunlar göstərir ki, Ukrayna ordusuna qarşı yaxşı hazırlanmış və silahlı peşəkar diversiya qrupları döyüşür”, – nazirliyin bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm