• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Amerikalı ekspert Pentaqonu BİABIR ETDİ: “Bu sistemlərlə müharibəyə girmək...”

  • Dünya
  • 7 Dekabr 2017 19:12
  • 675 Baxış
Amerikalı ekspert Pentaqonu BİABIR ETDİ: “Bu sistemlərlə müharibəyə girmək...”

Nüvə silahının yayılmasının qarşısının alınması üzrə təşəbbüsləri dəstəkləyən Pluşers Xeyriyyəçilik Fondunun prezidenti Co Sirinsione ABŞ istehsalı “Patriot” raket əleyhinə müdafiə sistemlərini “süzgəc” adlandırıb.

Publika.az xəbər verir ki, ekspert bu haqda “The National Interest” nəşrində yazıb.

“Əgər “Partiot” sistemləri böyük rayonların və ya bütöv ölkənin müdafiəsi üçün cəlb edilərsə, onda rəqibin raketlərinə qarşı qalxanın olduğunu deyərək müharibəyə daxil olmaqla risk edirik. Bu sistemlər süzgəcdir”, - o bildirib.

Beləliklə, o, “Patriot” sistemlərinin Yəməndən Səudiyyə Ərəbistanına atılan “Burkan-2H” raketlərini zərərsizləşdirə bilmədiyinə dair xəbərlərə reaksiya verib.

Bir neçə gün əvvəl “Nyu-York Tayms” nəşrinin yazdığına görə, “Patriot” sistemləri Yəməndən Səudiyyə Ərəbistanına atılan raketi zərərsizləşdirməkdə aciz qalıb. Nəşrin məlumatına görə, raket Ər-Riyaddakı Kral Xalid adına hava limanının yaxınlığında partlayıb.

Qeyd edək ki, “Burkan-2H” raketləri keçmiş SSRİ-nin “R-17” raketinin əsasında Yəməndə (İran tərəfindən hazırlandığı təxmin edilir – red.) hazırlanıb.

Hazırda Səudiyyə Ərəbistanının silahlanmasında iki “Patriot” batereyası var. Ər-Riyad həmçinin Rusiyadan S-400 sistemlərini almağı planlaşdırır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>