Putin və Jirinovskinin qələbə şansları açıqlandı - Bukmekerlərdən PROQNOZ
Bizi izləyin

Dünya

Putin və Jirinovskinin qələbə şansları açıqlandı - Bukmekerlərdən PROQNOZ

Xarici bukmeker kontorları Rusiya prezidenti postuna iddiaçıların şanslarını qiymətləndiriblər.

Publika.az xəbər verir ki, bu haqda “Oddschecker” saytına istinadən Sports.ru portalı yazıb.

“Betfair” Rusiyanın indiki prezidenti Vladimir Putinin qələbə şansını 1.05 əmsalla qiymətləndirib. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski üçün qələbə şansı 12.40-la qiymətləndirilir.

Prezidentliyə qeydiyyatı qeyri-mümkün hesab edilən müxalifətçi Aleksey Navalnının şanslarının isə az olduğu deyilir. Onun qələbəsinə verilən əmsal 26-dır.

Qeyd edək ki, dekabrın 6-da Vladimir Putin dördüncü dəfə prezident seçkilərindən iştirak edəcəyini açıqlayıb.

Bundan başqa, Vladimir Jirinovski, televiziya aparıcıları Kseniya Sobçak və Yekaterina Qordon, sahibkar Sergey Polonski və biznes-ombudsman Boris Titov seçkilərdə iştirak etmək niyyətindədir.

Rusiyada prezident seçkiləri 18 mart 2018-ci ildə keçirləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm