Dünya
Tillerson Rusiya - ABŞ münasibətlərində REAL MANEƏNİ AÇIQLADI
Ukraynada böhranın nizama salınması məsələsi Moskva və Vaşinqton arasında münasibətlərin normallaşması prosesinə mane olur.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.
Tillerson əlavə edib ki, Rusiya və Birləşmiş Ştatlar arasında başqa regionlarda da, məsələn Suriyada fikir ayrılıqları ola bilər.
“Amma bir ölkə başqasının ərazisinə (Rusiyanın Ukraynaya müdaxiləsindən söhbət gedir - red.) soxulursa, bu zaman yaranan fikir ayrılığını aradan qaldırmaq çətindir”, - dövlət katibi bildirib.
Daha əvvəl isə Tillerson bildirib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi Rusiya qoşunlarının Donbasdan çıxarılması və Krımın yenidən Ukraynaya qayıdışı ilə bağlıdır.
“Krımla bağlı sanksiyalar yarımadanın Ukraynanın tam nəzarəti altına qaytarılmasına kimi davam edəcək. Eyni zamanda, Şərqi Ukrayna üzrə avropalı partnyorlarımızla uyğunlaşdırılmış sanksiyalar rejimini dəstəkləyirik. Rusiya öz güclərini Donbasdan çıxarmayacağı və Minsk razılaşmalarına əməl etmədiyi halda, sanksiyalar qüvvədə qalacaq”, - dövlət katibi qeyd edib.
Bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində Krım məsələsini “həmişəlik bağlanmış məsələ” adlandırıb.
Ömər Dağlı
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!