Müdafiə Naziri: "İŞİD-ə qoşulan ölkə vətəndaşları öldürülsün"
Bizi izləyin

Dünya

Müdafiə Naziri: "İŞİD-ə qoşulan ölkə vətəndaşları öldürülsün"

İngiltərə İŞİD terror qruplaşmasına qoşulan ölkə vətəndaşlarına ağır cəza tətbiq edilməsini irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kevin Uilliamson açıqlama verib. Onun sözlərinə görə, İŞİD qruplaşmasının üzvlərinin sayı get-gedə artır və onların arasında Böyük Britaniya vətəndaşları da var:

"İŞİD-ə üzv olan britaniyalılar ölkənin rifahını düşünmür. Böyük Britaniya onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar ölkə dəyərlərinə nifrət edirlər. Suriya və İraqda hələ də 270-ə yaxın İŞİD üzvü var ki, onların böyük əksəriyyəti britaniyalılardır. Onları qəti şəkildə öldürmək lazımdır".

U.Kevin onu da əlavə edib ki, həmin britaniyalılar öldürülmədikcə ölkəyə ziyan vura bilərlər:

"Ölü bir terrorçu Britaniyaya heç bir xələl yetirə bilməz. İŞİD-dən gələn təhlükənin qarşısını almağın yeganə yolu onları öldürməkdir. İŞİD-ə qoşulan britaniyalıların yenidən vətənə qayıtmasına yol vermək olmaz".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm