Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina etdi
Bizi izləyin

Dünya

Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina etdi

ABŞ-ın vitze-prezidenti Mayk Pensin İsrail və Fələstin səfəri ləğv edilib. Buna səbəb xüsusilə Fələstin rəsmilərinin onunla görüşdən imtina etməsi olub.

Publika.az xəbər verir ki, Fələstinin hakim “FƏTH” hərəkatının aparıcı nümayəndələrindən olan Cəbril Rəcib rəsmi olaraq Maykl Pens ilə görüşə heç bir nümayəndənin gəlməyəcəyini açıqlayıb.

Fələstin höküməti ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanımasına etiraz edib. Rəsmilər Vaşinqtonun bu bəyanatını qəbuledilməz hesab edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm