Trampın çıxışındakı qüsurlar ölkəni qarışdırdı - VİDEO
Bizi izləyin

Dünya

Trampın çıxışındakı qüsurlar ölkəni qarışdırdı - VİDEO

Qüds qərarını elan edərkən Trampın danışığındakı qüsurlar media işçilərinin diqqətini çəkib.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çıxışı zamanı tez-tez kəkələyib, bəzi sözləri isə ümumiyyətlə düzgün tələffüz edə bilməyib.

Bu barədə bir zamanlar Trampla mübahisə yaşayan jurnalist Co Skarbrouqt danışıb. O bildirib ki, prezidentin anası da bu yaşlarda iflic keçirtmişdi:

“Prezident deyəsən qocalır. Danışarkən artıq protezləri oynayır. Anası kimi o da sürətlə qocalır və danışığındakı qüsurlar da yaşlılıq əlamətləridir”.

Yerli KİV-lər yazıb ki, Tramp çıxışında xüsusilə “s” səslərini olduqca pis tələffüz edib. Tvitter izləyicilərisə bunu iflic və ya nakotik maddə qəbulunun təsirindən ola biləcəyi fikirlərini müzakirə ediblər.

Yayılan söz-söhbətlərə aydınlıq gətirmək məqsədilə, Ağ Evin sözçüsü Sarah Hakabe mətbuat konfransı keçirərək prezidentin heç bir sağlamlıq probleminin olmadığını deyib:

“Bu barədə çox suallar ünvanlanır. Absurd müzakirələrə son verilsin. Prezident Trampın çıxışı zamanı sadəcə boğazı quruduğu üçün tələffüzündə ləngimələr olub. Burda başqa səbəb axtarılmasın”.

S.Hakabe onu da bildirib ki, Tramp 2018-ci ilin əvvəlində tam həkim müayinəsindən keçəcək və nəticələr həkimlər tərəfindən mətbuata elan ediləcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm