ABŞ-ın daimi təmsilçisi: “Orta Şərqə sülh gələcək”
Bizi izləyin

Dünya

ABŞ-ın daimi təmsilçisi: “Orta Şərqə sülh gələcək”

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Hali Donald Trampın Qüds şəhərinin statusu ilə bağlı verdiyi qərara açıqlama gətirib.

Publika.az xəbər verir ki, N.Hali 22 ildir bu qərarı gözlədiklərini bildirib.

O, prezidentin Amerika xalqının istəyini yerinə yetirdiyini və doğru olanı etdiyini qeyd edib:

“6 ay öncəki iclasda senatın böyük əksəriyyəti ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsini dəstəklədi. Respublikaçı və ya Demokrat olan hər bir prezidentliyə namizəd Qüdsün İsrailin paytaxtı olduğunu və səfirliyin oraya köçürülməsinin lazım olduğunu söyləyib.

İndi həm İsrail, həm də Fələstin bu qərarı qəbul edərsə, Orta Şərqə sülh gələcək. Qiyamət qopmadı. Tərəflər müzakirə masasına yaxınlaşacaq və Qüdsün necə olmasına dair qərar qəbul edəcəklər, biz də bu müddətdə onlara dəstək verəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm