• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukraynada seçkilərin son nəticəsi açıqlandı

  • Dünya
  • 29 May 2014 18:07
  • 594 Baxış
Ukraynada seçkilərin son nəticəsi açıqlandı

Ukrayna Mərkəzi Seçki Komissiyası 25 May tarixində keçirilən növbədənkənar prezident seçkilərinin son nəticələrini açıqlayıb.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, Pyotr Poroşenko seçicilərin 54,7 səsini qazanaraq qalib gəlib.

Onu 12,81 faiz səslə Yuliya Timoşenko izləyir. Sonrakı yerləri Oleq Lyaşko (8,32), Anatoli Qritsenko (5,48), Sergey Tiqipko (5,23), Mixail Dobkin (3,03) və Vadim Rabinoviç (2,25) tutub.

Digər bütün namizədlər ümumililikdə 2 faizdən də aşağı səs yığa bilib.

Səsvermədə 17 milyon 774 min 827 seçici iştirak edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR