Saakaşvili məhkəməyə gətirildi
Bizi izləyin

Dünya

Saakaşvili məhkəməyə gətirildi

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsinə gətirilib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, məhkəmə Saakaşvili barəsində ehtiyat tədbiri seçməlidir.

Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.

Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib ki, prokurorlar Saakaşvili barəsində elektron qolbağın daşınması ilə ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında xahiş edəcəklər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm