Dünya
Putin Qüdslə bağlı DANIŞDI: “Hesab edirik ki...”
“Fələstin - İsrail münaqişəsinin həlli bütün tərəflərin maraqlarına cavab verən uzunmüddətli və ədalətli razılaşmanı tələb edir”.
Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qahirədə misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə danışıqların nəticəsinə görə keçirilən mətbuat konfransında deyib.
"Bizim ölkələrimiz Qüdsün statusu da daxil olmaqla, bütün mübahisəli məsələlər üzrə Fələstin - İsrail birbaşa dialoqunun sürətli şəkildə yeniləməsini dəstəkləyir. Hər iki tərəfin maraqlarına cavab verən uzunmüddətli və ədalətli razılaşmalar lazımdır. Və əlbəttə, bu razılaşmalar beynəlxalq cəmiyyət tərəfindən daha əvvəl qəbul edilmiş qərarlara uyğun olmalıdır”, - o söyləyib.
Putin bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasında daha əvvəl qəbul edilmiş bütün qərarları tamamilə dəstəkləyir.
Rusiya liderinin sözlərinə görə, belə addımlar (Qüdsün İsrailin paytaxtı kimi tanınması - red.) sabitliyi pozur və vəziyyətin həllinə kömək etmir, əksinə, münaqişəyə təhrik edir.
Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin partaxtı kimi tanıyıb və Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə tapşırıq verib.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...