Saakaşvili buraxıldı
Bizi izləyin

Dünya

Saakaşvili buraxıldı

Kiyevin Peçerski rayon məhkəməsi sabiq Gürcüstan prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin azadlığa buraxılması haqqında qərar çıxardıb.

Publika.az xəbər verir ki, məhkəmə qərarını istintaq hakimi Larisa Sokol açıqlayıb.

O, prokurorların sabiq qubernatorun ev həbsi ilə bağlı tələbini rədd edib.

Saakaşvili dekabrın 8-də axşam saxlanılıb və Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Prokurorlar onun üçün 2 aylıq ev dustaqlığı iştəmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm