Atasının ölüm xəbərini telefona çəkdi - - VİDEO
Bizi izləyin

Dünya

Atasının ölüm xəbərini telefona çəkdi - - VİDEO

"Yutub" sosial şəbəkəsində fenomen olan "TheAngryGrandpaShow" hesabının sahibi Maykl Qrin atası Çarlz Qrinin vəfat etdiyini deyib.

Publika.az xəbər verir ki, atası ilə birlikdə bloqlar işləyən oğlan internetdə "ən qəzəbli baba" kimi tanınan 66 yaşlı Çarlzın ölüm xəbərini də video vasitəsi ilə mətbuata çatdırıb.

Ağlayaraq atasının dəri xərçəngindən əziyyət çəkdiyini deyən Maykl, uzun sürən mübarizədən sonra atasının xəstəliyə təslim olmasından danışıb.

Xatırladaq ki, "yutub" səhifəsindən qazandığı pullarla Maykl atasına arzusunda olduğu maşını almışdı.

"TheAngryGrandpaShow" hesabının 3,4 milyon daimi izləyicisi var və hesab aylıq kifayət qədər qazanc əldə edir.

Kanalı məşhurlaşdıran isə, Mayklın şit zarafatlarına qəzəblənən və maraqlı reaksiyalar verən atası idi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm