İsrail ordusu "Həmas"ın mövqelərini bombaladı
Bizi izləyin

Dünya

İsrail ordusu "Həmas"ın mövqelərini bombaladı

İsrail ordusu Qəzza zolağından edilən raket hücumuna cavab olaraq bölgənin şimal hissəsində yerləşən "Həmas" mövqelərini bombalayıb.

Publika.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, İsrailin müdafiə ordusu Fələstindən atılan raket hücumlarına cavab olaraq, Qəzza zolağının şimalında yerləşən “Həmas”ın hərbi postlarına zərbələr endirib.

ABŞ-ın Qüdslə bağlı qəbul etdiyi rəsmi qərardan sonra “Həmas” İsrailə qarşı raket zərbələri endirib. Rəsmi Təl-Əviv isə son günlər bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti "Həmas" hərəkatının üzərinə qoyub.

İlkin məlumata görə, hər iki tərəfdən hadisə ilə bağlı zərərçəkən olmayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm