"Cənubi Koreya Çinin təhlükəsizliyinə toxunmayacaq, amma..."
Bizi izləyin

Dünya

"Cənubi Koreya Çinin təhlükəsizliyinə toxunmayacaq, amma..."

“Cənubi Koreya Amerikanın yüksək hündürlükdə raket əleyhinə müdafiə sistemi olan THAAD-ı yalnız nüvə silahından və Koreya Xalq Demokratik Respublikasının raketlərindən müdafiə məqsədilə istifadə edəcək. Burada Çinin təhlükəsizliyinə qəti şəkildə toxunulmayacaq.”

Publika.az xəbər verir ki, bu sözləri Cənubi Koreya prezidenti Mun Çje İn bildirib.

Prezident çıxışı zamanı gələcəkdə Cənubi Koreyanın Amerikanın raket əleyhinə müdafiəsi sistemindən (THAAD) xüsusilə diqqətli istifadə edəcəyini də vurğulayıb: “Amerika tərəfi dəfələrlə bizim qərarımıza və verilən vədlərə hörmətlə yanaşacağını bildirib. Biz də çalışacayıq ki, Çin Xalq Respublikasının təhlükəsizliyini qorumaqla, müdafiə sistemi vasitəsilə Şimali Koreyadan gələ biləcək raket zərbələrinin qarşısını alaq”.

Xatırladaq ki, Cənubi Koreya prezidentinin Çinə rəsmi səfəri dekabrın 13-dən 16-a qədər davam edəcək. Prezidentin Pekin və Çunsin şəhərlərinə baş çəkəcəyi gözlənilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm